Siyasət 22-01-2026, 10:04

Azərbaycan milli maraqlara əsaslanan qərarlar qəbul edir



"Azərbaycan dövləti hər zaman xalqlar və dövlətlər arasında dialoqun gücləndirilməsinə, yeni əməkdaşlıq körpülərinin qurulmasına və qarşılıqlı faydaya əsaslanan münasibətlərin inkişafına xüsusi önəm verir. Ölkəmiz bu mövqeyini yalnız bəyanatlarla deyil, eyni zamanda həyata keçirdiyi çoxşaxəli layihələr, beynəlxalq təşəbbüslər və yüksək səviyyəli görüşlər vasitəsilə də təsdiqləyir".

Planetinfo.az xəbər verir ki, bunları YAP üzvü Lalə Məmmədova deyib. O bildirib ki, müstəqil və balanslaşdırılmış xarici siyasət xəttinə sadiq qalan Azərbaycan heç bir dövlətin təsiri altında olmadan milli maraqlara əsaslanan qərarlar qəbul edir:

"Nəticə etibarilə, ölkəmiz bu gün regional və qlobal miqyasda etibarlı, sabit və arzuolunan tərəfdaş kimi nüfuz qazanaraq beynəlxalq münasibətlər sistemində öz layiqli yerini möhkəmləndirib".

Anar

Xəbər lenti