Siyasət 22-01-2026, 12:41

Azərbaycanın Qəzza Şurasındakı iştirakı ölkəyə strateji üstünlüklər qazandırır




"Azərbaycan Qəzza Sülh Şurasına təsisçi üzv kimi qoşularaq diplomatik arenada diqqət çəkən addım atdı. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan bu platforma ölkənin Yaxın Şərqdə artan nüfuzunu göstərməklə yanaşı, Şuranın effektivliyi ilə bağlı sualları da gündəmə gətirir".

Planetinfo.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, Qəzza Sülh Şurasının uğuru böyük ölçüdə praktik tədbirlərdən asılıdır:

" İsrail–Fələstin münaqişəsi uzun illərdir davam edir və yalnız ərazi məsələsi deyil, həm də dini, ideoloji və təhlükəsizlik qatları olan mürəkkəb problemdir. Belə bir kontekstdə, əgər platforma yalnız bəyanatlarla kifayətlənəcəksə, öncəki təşəbbüslər kimi simvolik qalacaq. Lakin humanitar yardımlar, bərpa planları və təhlükəsizlik tədbirləri konkret şəkildə tətbiq olunarsa, mərhələli uğurlar əldə etmək mümkündür".

Politoloq qeyd edib ki, Azərbaycanın Şuradakı iştirakı ölkəyə strateji üstünlüklər qazandırır.

Anar

Xəbər lenti