“Qəzza Sülh Şurası ABŞ prezidenti Trampın təşəbbüsü ilə, yaradılan beynəlxalq platformadır. Məqsəd Yaxın Şərqdə, Qəzza zolağında, İsrail-HƏMAS arasında 2023-cü ildən bu yana davam edən münaqişənin yaratdığı böhranı həll etmək üçün sülh prosesini və bu istiqamətdə digər məsələləri koordinasiya etməkdir”.
Planetinfo.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O deyib ki, Şuranın çox geniş və əhatəli struktur kimi fəaliyyət göstərməsi nəzərdə tutulur:
“Qəzza Sülh Şurası hələ ki, formalaşmaqda olan yeni beynəlxalq təşəbbüs olaraq, kritik siyasi siqnallar fonunda qurulur. Əlbəttə ki, Şuranın sədri kimi ABŞ prezidenti Trampın bu təşəbbüsü, gələcəkdə Yaxın Şərqə sülh vəd edir. Amma, bölgəyə sülhün gətirilməsini təmin edəcək bu platformalarının gələcəkdə effektliliyi həm iştirakçı dövlətlərin səylərindən, həm də tərəflər arasında real sülhün əldə olunmasından asılı olacaq”.
Anar