Siyasət 23-01-2026, 14:07

Azərbaycanın beynəlxalq sülh təşəbbüslərində iştirakı, Bakıya beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirmək imkanı qazandırır




“Azərbaycanın bu cür beynəlxalq sülh təşəbbüslərində iştirakı , Bakının sülh və sabitlik məsələlərində fəal aktyor olduğunu önə çəkir və beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirmək imkanı qazandırır”.

Bunu Planetinfo.az-a siyasi ekspert Çingiz Şahbazi Azərbaycanın Trampın təşəbbüsü ilə qurulan Sülh Şurasında təmsilçiliyinə münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, Azərbaycanın diplomatik əlaqələrinə, Tramp təşəbbüsünə dəstək verməsi nəticəsində, müsbət təsirini göstərəcək və Qərb və region ölkələri ilə münasibətlərin dərinləşməsi və diplomatik əlaqələri daha da gücləndirə bilər:

“Bu baxımdan Azərbaycan bu təşəbbüsü dəstəkləyir və təsisçi üzv dövlət kimi təşəbbüsə qatılmaq niyyətini rəsmən bildirib. Heç şübhəsiz ki, bu platforma çoxsaylı ölkələri bir araya gətirəcək. Bu da beynəlxalq əməkdaşlıq platformasının müasir dövrün tələbləri çərçivəsində yaranmasına səbəb ola bilər”.

Anar

Xəbər lenti