Siyasət Dün, 11:44

Cevdet Yılmaz: "Azərbaycanla Ermənistan arasında davamlı sülh təmin olunmalıdır"



Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin olunmasına yönəlmiş atılan müsbət addımlar məmnuniyyətlə qarşılanır.

Planetinfo.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib.


MÖVZU İLƏ BAĞLI:
Bakıda MÜHÜM GÖRÜŞ: TDT-yə üzv dövlətlərin baş nazirləri BİR ARADA


Cevdet Yılmaz bölgədə yaranmış tarixi imkanın dəyərləndirilməsini və iki ölkə arasında sülh sazişinin imzalanmasını arzu edib:

"Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühiti Türk Dünyasında qarşılıqlı əlaqələri daha da artıracaq. Nəqliyyat, enerji, infrastruktur və kommunikasiya kimi bir çox sahədə yeni əməkdaşlıq imkanlarının Türk Dünyasının rifahına mühüm töhfə verəcəyinə inanırıq".

Xəbər lenti