Siyasət Dün, 17:00

Paşinyan Moskvaya səfərini çox uğurlu adlandırıb

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşdüyü Moskva səfərini çox uğurlu adlandırıb.

Planetinfo.az-ın məlumatına görə, bunu Ermənistan Baş naziri brifinqdə səfər çərçivəsində hansı razılaşmaların əldə edildiyi ilə bağlı sualı cavablandırarkən bildirib.

"Biz bir sıra sahələrdə, demək olar ki, gündəliyimizin bütün sahələrində - mədəniyyətdən tutmuş hərbi-texniki əməkdaşlığa qədər konkret razılaşmalar əldə etmişik. Və mən səfəri çox uğurlu qiymətləndirirəm", - Baş nazir vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri aprelin 1-də Moskvaya işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Xəbər lenti