Sosial 30-01-2026, 20:07

Rəşad Nəbiyev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti ilə görüşüb

Rəşad Nəbiyev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti ilə görüşüb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüş keçirib.

Görüş zamanı insan kapitalının inkişafında BP ilə mümkün əməkdaşlıq istiqamətləri, həmçinin şirkətin logistika proseslərində AZCON Holding-lə birgə fəaliyyət məsələləri müzakirə edilib.

Eyni zamanda BP ilə süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma sahələrində birgə addımların atılması barədə razılıq əldə olunub.

Xəbər lenti