Sosial 30-01-2026, 22:27

Naxçıvanın Ali Məclisində yeni komissiyalar yaradılacaq

Naxçıvanın Ali Məclisində yeni komissiyalar yaradılacaq
Naxçıvan Muxtar Respublikası Ali Məclisində yeni komissiyaların yaradılması planlaşdırılır.

APA xəbər verir ki, yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının 2 fevral tarixində keçiriləcək ilk iclasının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planının təsdiqi

2. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hesablayıcı komissiyasının yaradılması

3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyasının yaradılması

Xəbər lenti