BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Böyük Britaniya Kralı Əlahəzrət III Çarlz tərəfindən Birləşmiş Krallığın Britaniya İmperiyası Ən Əla Ordeninin fəxri Zabiti (OBE) adına layiq görülüb.
Planetinfo.az bildirir ki, OBE fəxri titulu Aslanbəyliyə Böyük Britaniya–Azərbaycan münasibətlərinin inkişafına verdiyi əhəmiyyətli töhfələrə görə təqdim edilib.
Qeyd edək ki, Bəxtiyar Aslanbəyli bu nüfuzlu Britaniya dövlət təltifinə layiq görülən ilk Azərbaycan vətəndaşıdır.
Onu bu yüksək mükafat münasibətilə təbrik edir, gələcək fəaliyyətində yeni nailiyyətlər və davamlı uğurlar arzulayırıq.