Sosial Bugün, 16:44

Azərbaycanda TƏLƏBƏ liseyə direktor təyin olundu - FOTO


Sabirabad Peşə Liseyinə yeni direktor vəzifəsinə təyin edilib.

Planetinfo.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) məlumat yayıb.

Bildirilib ki, bu vəzifəyə Elçin Səmədov gətirilib.

Qeyd edək ki, E.Səmədov Şirvan şəhərində anadan olub. Ali təhsilini Sumqayıt Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib. 2024-cü ildən Azərbaycan Texniki Universitetində biznesin idarə edilməsi ixtisası üzrə magistratura səviyyəsində təhsil alır.

2010-2017-ci illərdə Sabirabad rayonu E.Sədiyev adına Qaragüney kənd 2 saylı tam orta məktəbində ixtisası üzrə müəllim vəzifəsində çalışıb, Sabirabad rayonu İ.Məmmədov adına Azadkənd kənd tam orta məktəbində pedaqoji fəaliyyətini davam etdirib.

2017-2025-ci il tarixinədək Sabirabad rayonu Yaxa Dəllək kənd Ə.Xanlarov adına tam orta məktəbdə direktor vəzifəsində çalışıb.

Xəbər lenti