Qonşusunu döyərək hədə-qorxu gəlməkdə təqsirləndirilən Təhminə Abuşovanın məhkəməsi yekunlaşıb.
Planetinfo.az verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Eldar Məmmədov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Müşavirədən sonra məhkəmə hökmü elan edərək Təhminə Abuşova 3 il müddətinə azadlıqdan məhrum edilib.
Onun çəkdiyi cəza da çıxılmaqla təqsirləndirildiyi maddənin birinci hissəsinə tövsif edilib. Bununla da o, 6 aydan sonra azadlığa çıxa biləcək.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. (Oxu.az)