Sosial Bugün, 15:51

Bakıda 2 nəfər saxlanıldı


Bakıda keçirilən tədbir zamanı sosial şəbəkədə narkotik satmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 29 yaşlı Elçin Bağırov və 37 yaşlı Əliağa Vahabov saxlanılıblar.

Planetinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı həmin şəxslərdən ümumilikdə 6 kiloqram narkotik vasitə olan tiryək və marixuana aşkarlanıb. E.Bağırov və Ə.Vahabovun sosial şəbəkələr vasitəsilə narkotiklərin onlayn satışını həyata keçirdikləri məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti