Sosial Bugün, 17:36

10 min manatlıq oğurluq edən şəxs saxlanıldı


Bakının Xətai rayonunda qohumunun evindən 10 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

Planetinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, zərərçəkən polisə müraciətində naməlum şəxsin yaşadığı evdən 9 min manat nağd pul və 1000 manat dəyərində qızıl-zinət əşyalarının talandığını bildirib.

Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Ə.İmanov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin zərərçəkənin qohumu olduğu və oğurladığı pulları şəxsi əyləncəsi məqsədilə xərclədiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti