“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti ölkəmizi tarixi nailiyyətlərə aparıb. 2020-ci ildə əldə olunan Qələbə nəticəsində təsis edilmiş Zəfər Günü xalqımız üçün böyük qürur mənbəyinə çevrilib”.
Planetinfo.az xəbər verir ki, bunları YAP üzvü Çingiz İbrahimov deyib. O bildirib ki, Prezident İlham Əliyevin Qələbə diplomatiyası Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə tanınmasına, ərazi bütövlüyünün bərpasına və ölkəmizin mövqeyinin güclənməsinə xidmət edib:
“Eyni zamanda, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib, əhali doğma torpaqlarına geri dönüb. Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması layihələri sürətli və sistemli şəkildə icra olunaraq beynəlxalq təcrübə üçün nümunə təşkil edib”.
Çingiz İbrahimov qeyd edib ki, Azərbaycanın inkişafında strateji addımlardan biri də Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsidir:
“Bakı-Tbilisi-Qars dəmiryolu, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri, liman və terminal infrastrukturu Azərbaycanın regionda etibarlı və strateji tərəfdaş kimi tanınmasına səbəb olub.
Beləliklə, Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycan xalqı öz doğma torpaqlarına qayıda bilib, sərhədlərdə üçrəngli bayrağımız dalğalanıb və ölkəmiz güclü, inkişaf etmiş və beynəlxalq aləmdə nüfuzlu dövlət kimi tanınıb”.
Anar