Qazaxıstanın Air Astana aviaşirkətinə məxsus sərnişin təyyarəsi məcburi eniş edib.
Planetinfo.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Almatı-Banqkok reysi ilə hərəkət edən KC931 təyyarə texniki səbəblərə görə Dehli hava limanına eniş edib.
138 sərnişini olan təyyarədə hansı texniki problemin meydana gəldiyi açıqlanmayıb.
"Bütün sərnişinlər yeməklə təmin olunub, müvəqqəti vizalar verilib, aviaşirkət sərnişinlərin otellərdə yerləşdirilməsi məsələsini həll edir", - deyə məlumatda bildirilir.
Aviaşirkətin məlumatına görə, Banqkoka uçuşu davam etdirmək üçün ehtiyat təyyarə hazırlanır.
Anar