--- 22-12-2025, 10:26

Bakıda Türkiyə-Azərbaycan Qarışıq İqtisadi Komissiyasının 12-ci iclası keçiriləcək

Bakıda Türkiyə-Azərbaycan Qarışıq İqtisadi Komissiyasının 12-ci iclası keçiriləcək
22-23 dekabr 2025-ci il tarixlərində Azərbaycanın paytaxtı Bakıda Türkiyə ilə Azərbaycan arasında iqtisadi və ticarət əməkdaşlığını müzakirə edəcək Türkiyə-Azərbaycan Qarışıq İqtisadi Komissiyasının (KİK) 12-ci iclası keçiriləcək.

İclasa Türkiyə tərəfdən vitse-prezident Cevdet Yılmaz, Azərbaycan tərəfdən isə Baş nazir Əli Əsədov sədrlik edəcək. Təkbətək və nümayəndə heyətləri səviyyəsində keçiriləcək görüşlərdə iki ölkə prezidentlərinin qarşıya qoyduğu 15 milyard dollarlıq ticarət həcmi hədəfinə doğru atılacaq addımların müzakirə ediləcəyi, ticarətin asanlaşdırılması ilə bağlı mövzuların qiymətləndiriləcəyi gözlənilir.

Proqram çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələri dərinləşdirmək, işgüzar dairələri bir araya gətirmək, birgə investisiya imkanlarını inkişaf etdirmək məqsədilə 2-ci Türkiyə-Azərbaycan İnvestisiya Forumu təşkil olunacaq. Forumda Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və ticarət naziri Ömər Bolat, Azərbaycanın baş naziri Əli Əsədov və iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı gözlənilir. Həmçinin MÜSİAD-ın Azərbaycan Baş Assambleyasında Türkiyə və Azərbaycan iş adamları ilə görüş gözlənilir.

Vitse-prezident Yılmazın Bakı proqramı çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə də görüşü nəzərdə tutulub.

Nəsimi

Xəbər lenti