"Prezident İlham Əliyevin bu ali mükafata layiq görülməsi qətiyyən təsadüfi hadisə deyil. Bu nüfuzlu mükafat dövlət başçısının uzun illər ərzində həyata keçirdiyi uzaqgörən, milli maraqlara əsaslanan və eyni zamanda beynəlxalq əməkdaşlığı təşviq edən siyasətin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir".
Planetinfo.az xəbər verir ki, bunları YAP üzvü Zülfiyyə Bayramlı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində beynəlxalq əhəmiyyətli tədbirlərdən biri – “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimetmə mərasimindən danışarkən deyib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regional və qlobal miqyasda sülhün, sabitliyin, multikultural dəyərlərin və humanitar əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atdığı addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir:
"Mərasim beynəlxalq əməkdaşlığın, xalqlar arasında dostluq və humanitar dəyərlərin təşviqi baxımından mühüm əhəmiyyət daşıyıb".
Anar