Dünya 24-12-2025, 11:49

İranla İsrail arasında dağıdıcı müharibə gözlənilir




"İsrail-İran qarşıdurması tərəflərdən birinin məğlub olması baş verməsə bitən deyil. Burda ən çox İran rejiminin məğlubiyyətindən söz gedir. Baş vermiş 12 günlük müharibə dövründə İranın başına gələnlər bəllidir. Bundan sonra da nə olacaqsa, İranın başına gələcək".

Bu fikirləri Planetinfo.az-a ƏHD Partiyasının ictimai-siyası məsələlər üzrə katibi Azər Qasımov mümkün İran-İsrail müharibəsindən danışarkən səsləndirib. O deyib ki, bu dəfə daha dağıdıcı müharibə gözlənilir:

"İsrail hava hücumundan müdafiə sistemlərini təkmilləşdirib. Bu dəfə ABŞ daha ciddi şəkildə müharibəyə qatılacaq. Əgər bu müharibə baş verəcəksə, İran rejiminin bütün hərbi infrastrukturunun məhv edilməsinə kimi davam edəcək. Bütün hərbi zavodları, strateji obyektləri məhv ediləcək. Proses rejimin bütün liderlərinin yox edilməsi, hətta rejimin dəyişməsi ilə də nəticələnə bilər".

Azər Qasımov qeyd edib ki, İran İsraili raket və dron hücumuna məruz qoya bilməsinə güvənir:

"Amma bu dəfə belə hallar təkrarlansa, ABŞ-ın İran ərazisinə daha güclü bombalar atacağının şahidi olacağıq".

Anar

Xəbər lenti