Dünya 29-12-2025, 13:36

Rusiyada payız çağırışı başa çatıb, 135 min nəfər hərbi xidmətə çağırılıb

Rusiyada payız çağırışı başa çatıb, 135 min nəfər hərbi xidmətə çağırılıb
Rusiyada payız çağırışı başa çatıb və 135 min nəfər hərbi xidmətə çağırılıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Nazirlik ilk dəfə olaraq çağırışla bağlı tədbirlərin dövlət informasiya sistemindən istifadə etməklə aparıldığını açıqlayıb.

Qeyd olunub ki, 550 min dən çox vətəndaş hərbi qeydiyyat və komissarlıqlara şəxsən gəlmədən hərbi xidmətdən möhlət alıb.

Xəbər lenti