İran prezidenti Məsud Pezeşkian Birləşmiş Ştatlara xəbərdarlıq edib.
Planetinfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Donald Trampın son təhdidlərinə cavab olaraq İran prezidenti Məsud Pezeşkyan bildirib ki, növbəti təcavüz halında İslam Respublikası düşməni yol verdikləri səhvə görə peşman edəcək.
O, X-də bunları yazıb: "İran İslam Respublikasının istənilən zorakı təcavüzə qarşı cavabı sərt olacaq və düşməni etdiklərinə görə peşmançılıq keçirəcək".
Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Tramp Tehranın nüvə proqramını bərpa etməyə cəhd göstərəcəyi təqdirdə İrana zərbə endirməyə hazır olduğunu bildirib.
Anar