Dünya 5-01-2026, 08:58

Ukrayna Avropanı parçalayır: Brüssel müharibəyə sürüklənir

Ukrayna Avropanı parçalayır: Brüssel müharibəyə sürüklənir
Rusiya-Ukrayna müharibəsi başlanğıcda Ukraynanın suverenliyi uğrunda mübarizə kimi təqdim olunsa da, proses uzandıqca əsas risk zonasının Avropa olduğu aydınlaşır. Enerji böhranı, iqtisadi durğunluq, hərbiləşmə və sosial narazılıqlar göstərir ki, müharibə Aİ-nin təhlükəsizlik və idarəetmə modelini iflasa uğradan katalizatora çevrilib. Bu baxımdan Ukrayna cəbhəsi Avropanın daxili zəifliklərinin güzgüsünə dönüb. Bu baxımdan müharibə Ukraynanı deyil, Avropanı strateji sınağa çəkir.

Bunu Planetinfo.az-a siyasi şərhçi Mürtəza Bünyadlı deyib.

O, qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi artıq təkcə Ukraynanın ərazi bütövlüyü və dövlətçiliyi məsələsi deyil. Münaqişənin uzanması Avropanın təhlükəsizlik arxitekturasını sarsıdır, Aİ daxilində siyasi parçalanmanı dərinləşdirir, iqtisadi resessiya və sosial narazılıqları artırır:

"Bu baxımdan Macarıctan baş naziri Viktor Orbanın Aİ-nin parçalanması və müharibəyə sürüklənməsi ilə bağlı ritorikası Ukraynadan çox Avropanın öz daxili böhranına fokuslanır. Orban müharibəni səbəb yox, nəticə kimi təqdim edir.

Orbanın fikrincə, Aİ liderlər Zirvəsində verilən bəzi qərar və təkliflər Ukraynadakı müharibəni alovlandırmaq və Rusiyanı daha da təhrik etmək məqsədi daşıyır: "Bu gün Avropada iki qruplaşma var. Biri müharibə qrupu, digəri sülh qrupudur. Hazırda müharibə tərəfdarı qrup dominantdır. Brüssel müharibə istəyir. Macarıstan olaraq biz sülh istəyirik".
Odur ki, Rusiya-Ukrayna müharibəsinin uzanması Avropada ciddi böhranlara yol açır.

Nəsimi

Xəbər lenti