Dünya 2-01-2026, 19:38

Meksika sahillərində 6,5 bal gücündə zəlzələ olub

Meksika sahillərində 6,5 bal gücündə zəlzələ olub
Meksikanın cənub-qərbindəki Qerrero ştatında 6,5 ​​bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri Çilpansinqo şəhərindən 42 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 42 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Xəbər lenti