Avrasiya Yazarlar Birliyinin “Bengu” yayım evində tərcüməçi və araşdırmaçı jurnalist, publisist Aida Eyvazlı Göytürkün “Sahaya” kitabı türk dilinə uyğunlaşdırılaraq, işıq üzü görüb.
Kitabda müəllifin 2019- və 2021-ci ildə Yakutiyada səfərdə olduğu müddətdə görüşdüyü tanınmış xalq şairləri və yazıçıları ilə görüşləri yer alır. Qədim adı Sahaya olan Yakutistanın tarixi, coğrafiyası, əhalisi, məşğuliyyəti, yakut türklərinin folkloru, etnoqrafiyası Aida Eyvazlının kitabında əsas faktları və özünəməxsus xüsusiyyətləri ilə birlikdə təqdim olunmuşdur. Kitabın adının niyə “Sahaya” olması barədə məlumat almaq istəyənlər kitabı oxuyandan sonra biləcəklər.
Kitabı azərbaycan dilindən türk dilinə gənc tərcüməçi Atabəy Barış uyğunlaşdırıb, kitabın redaktoru isə Sərdar Acardır.
Türkoloji Qurultayın 100 illiyi münasibəti ilə “Sahaya” kitabı Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən də çapa hazırlanır.
Kitabımın ilk oxucuları isə Azərbaycanın Azerbaycan Büyükelçiliği Türkiye səfiri Rashad Mammadov və Ahmed Cavad Universitetinin rektoru professor, dr. Ruhi Ersoy oldu.
Kitabın Türkiyə türkcəsində çıxmasını Avrasiya Yazarlar Birliyinin mərhum sədri Yakup Ömeroğlu istəmişdi. Ömür vəfa etmədi. İndi onun yaxın dostu və Avrasiya Yazarlar Birliyinin indiki sədri Ufuk Tuzman zəhmətini çəkdi.
Nəsimi