Siyasət 29-12-2025, 08:32

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, kimliyimizin simvoludur




“31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü sadəcə bir tarix deyil, bu, ortaq kimliyimizin, həmrəyliyimizin və gələcək üçün məsuliyyətimizin simvoludur”.

Planetinfo.az xəbər verir ki, bunu Türkiyədəki Azərbaycanlı Həkimlər Assosiasiyasının prezidenti Vüqar Cəfər deyib. O bildirib ki, Türkiyədəki Azərbaycanlı Həkimlər Assosiasiyası qarşıdakı dövrdə mədəniyyət, incəsənət, elm və səhiyyə sahələrində oxşar tədbirlər vasitəsilə diaspor daxilində həmrəyliyi artırmağı və iki qardaş ölkə arasında münasibətləri daha da gücləndirməyi planlaşdırır.

”Türkiyədəki Azərbaycanlı həkimləri bir araya gətirməyi, əlaqələrimizi gücləndirməyi və Türkiyə-Azərbaycan mədəni əməkdaşlığına töhfə verməyi hədəfləmişik. Bu istiqamətdə fəaliyyətlərimizi davam etdirməyi və artırmağı qarşımıza məqsəd qoymuşuq”.

Vüqar Cəfər qeyd edib ki, Türkiyədəki Azərbaycan diasporu mütəşəkkil, çevik və güclüdür.

Anar

Xəbər lenti