Siyasət
29-12-2025, 11:07
Rusiya Cənubi Qafqazda öz iradəsini yeritmək gücünü itirib
“Cənubi Qafqaz dünyanın çox həssas və mürəkkəb regionlarından biri sayılır. Əlverişli coğrafi yerləşimi və zəngin resursları ilə daimi beynəlxalq güclərin diqqət mərkəzində olub. Xüsusən də Ukrayna-Rusiya müharibəsi və nəqliyyat -kommunikasiya xətlərinin şaxələndirilməsi layihələri bu bölgənin əhəmiyyətini artırıb”.
Planetinfo.az xəbər verir ki, bunları politoloq Əli Orucov deyib. O bildirib ki, bu həm də rəqabəti kəskinləşdirən faktora çevrilib:
“Sovet İmperiyası dağılandan sonra uzun illər Cənubi Qafqaz Rusiyanın təsir zonasında olub. Burada Moskvanın mütləq maraqları nəzərə alınıb. Ancaq 2020-ci il 44 günlük müharibədən və 2023-cü il birgünlük uğurlu antiterror əməliyyatından sonra bölgədə vəziyyət kökündən dəyişdi. Rusiya əvvəlki kimi iradəsini yeritmək gücünü itirdi”.
Anar