Siyasət 29-12-2025, 11:43

Erməni düşmənçiliyi və vandallığı heç bir zaman yaddaşlardan silinməyəcək




“Ağdamda, eləcə də işğaldan azad edilmiş digər şəhər və rayonlarda indi quruculuq işləri davam edir və insanlar 35 ildən sonra öz yurdlarına qayıdırlar. Dövlətimizin bu istiqamətdə xüsusi proqramı həyata keçirilir. İnsanlar yenidən qurulmuş, tikilib istifadəyə verilmiş şəhər və rayonlarda yaşamaqdadırlar. Bu həmçinin tarixi ədalətin bərpasıdır”.

Planetinfo.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, erməni düşmənçiliyi və vandallığı heç bir zaman yaddaşlardan silinməyəcək:

“Xocalı soyqırımı, digər faciələr və həmçinin ölkəmizin haqlı mövqeyinə qarşı ədalətsiz mövqe nümayiş etdirən Qərb və həmsədr ölkələrinin siyasəti və münasibəti, xalqımız üçün tarixin ən çətin anları olaraq yaddaşlarda qalacaq. Biz xalq, dövlət olaraq bütün çətinliklərin öhdəsindən gələ bildik. Bu əlbətdə ki, bizim birliyimizin nəticəsində ərsəyə gəldi. Bu istiqamətdə Azərbaycan prezidenti İlham Əliyevin xüsusi keyfiyyətlərini qeyd etmək lazımdır və onun liderliyi bütün bu uğurların başında yer alır. İnanıram ki, bu siyasətin gələcəkdə də uğurları davam edəcək”.

Anar

Xəbər lenti