“Azərbaycan Hava Yolları milli aviaşirkəti AZAL-a məxsus, Bakı-Qroznı marşrutu ilə uçuş həyata keçirən təyyarənin Rusiya hava məkanında vurularaq düşurülməsi ilə bağlı Rusiya İstintaq Komitəsində cinayət işi acılmış və hadisənin ildönümü ərəfəsində demək olar ki, nəticəyə varmadan açılmış cinayət işinə xitam verilməsi ilə bağlı Azərbaycan tərəfinə məktubla müraciət edilmə faktı, istər dövlətlərarası münasibətlərə, istərsə də insanı baxımdan, Azərbaycanla strateji tərəfdaşlığı olan Rusiyaya heç yaraşmır”.
Bunu
Planetinfo.az-a siyasi ekspert Çingiz Şahbazi deyibş O bildirib ki, bu hərəkət həyatını itirən insanlara, onların yaxınlarına və qonşuluq əlaqələrinə hörmətsizlik olaraq qəbul edilməlidir:
“Rusiya tərəfinin bu qərarı əslində, hadisə ilə bağlı yetərincə sübutlar olmadığı zaman verildiyini göstərir və Rusiya hesab edir ki, baş vermiş hadisədən özləri yox, məhz onunla müharibə şəraitində olan Ukrayna günahkardır. Əlbəttə, Azərbaycan Xarici İşlər Nazirliyi sürpriz qərarla razılaşmadıqlarını və bu qərarın daha əvvəl Rusiya prezidenti səviyyəsində verilən vədlərlə uzlaşmadığını bildiriblər. Belə bir vəziyyət əlbətdə ki, iki ölkə arasında strateji tərəfdaşlıq bəyannaməsini zədələmiş olur və mövcud durumun Rusiya tərəfindən belə qiymətləndirilməsi istər hüquqi, istərsə də siyasi maraqların kəsişməsinə səbəb ola bilər”.
Ekspert deyib ki, hadisə iki ölkə arasında münasibətlərin pozulmasına səbəb olmuşdu və bu səbəbdən daha sonra prezidentlər səviyyəsində görüşdən sonra, Azərbaycan tərəfi Rusiyanın məsələyə ciddi yanaşacağına və cinayətkarların cəzalanmasına, təyyarədə olan insanların və həlak olanların ailələrinə, maddi və mənəvi yardımın olunacağına inanm yaranmışdı:
“Amma, Rusiya cinayət işinə xitam verərkən bunun səbəblərini tam açıqlamadı. Azərbaycan üçün Rusiyanın bu qərarı sual doğurur. Bu səbəbdən Azərbaycan məsələni beynəlxalq məhkəmələrə qədər aparmağı nəzərdən keçirir. Problem iki ölkə arasında münasibətlərin pozulması və beynəlxalq hüquqa hörmətsizliklə bitmir. Burda məsələ həmçinin regional imicin zədələnməsi faktı da xüsusi rol oynayır. Qazaxıstan tərəfi təyyarənin vurulması faktını təsdiqləyib. Beynəlxalq ekspertlərin də hadisə ilə bağlı yekdil rəyləri var. Onların hamısı Rusiya Hava Müdafiə Sisteminin təsiri ola biləcəyi barədə rəy formalaşdırıblar”.
Anar