Siyasət 30-12-2025, 11:14

Azərbaycan-Ermənistan münasibətləri yeni bir mərhələyə qədəm qoyub



Azərbaycan-Ermənistan münasibətləri yeni bir mərhələyə qədəm qoyub

"Azərbaycan-Ermənistan münasibətləri yeni bir mərhələyə qədəm qoyub. İndi hər iki ölkə münasibtələrin daha da irəli aparılması, sülh müqaviləsinin imzalanması istiqamətində ciddi addımlar atır. Müntəzəm olaraq iki ölkə rəsmilərinin keçirdikləri görüşlər bunun sübutudur".

Planetinfo.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Millət vəkili bildirib ki, proseslərin sürətlənməsinə avqustun 8-də Vaşinqtonda keçirilən görüş və sülh müqaviləsinin paraflanması olub:

"Bütün bunlara Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında nail olmuşuq. İnanırıq ki, 2026-cı ildə də İlham Əliyevin rəhbərliyi altında Azərbaycan yeni uğurlara imza atacaq".

Anar

Xəbər lenti