Siyasət
30-12-2025, 11:27
Azərbaycan regionun lider ölkəsinə çevrilib
Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında regionun lider dövlətinə çevrilib. Eyni zamanda ölkəmiz Türk Dövlətləri Təşkilatında da əsas rol oynayır və mövqelərini möhkəmləndirir.
Planetinfo.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov deyib. Millət vəkili deyib ki, yola salmaqda olan 2025-ci il bundan əvvəlki il kimi uğurlarla yadda qaldı. Millət vəkili bildirib ki, ilin ən yadda qalan uğuru isə Vaşiqntonda sülh sazişinin paraflanması oldu:
"Qarşıdakı ildə də Azərbaycanın yeni-yeni uğurlara imza atacağı şübhəsizdir".
Anar