"31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın milli birliyinin, mənəvi bütövlüyünün və dünyaya səpələnmiş milyonlarla soydaşımızın bir kök, bir dil, bir tarix ətrafında birləşdiyini göstərən əlamətdar gündür. Bu bayramın təməlində ölkəmizin görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin böyük siyasi uzaqgörənliyi və milli ideologiya sahəsində apardığı misilsiz fəaliyyət dayanır".
Planetinfo.az xəbər4 verir ki, bunları YAP üzvü Çingiz İbrahimov deyib. O bildirib ki, 1991-ci ildə Heydər Əliyev Naxçıvanda tarixi qərar qəbul edərək bu günü Azərbaycan diasporunun formalaşması, xalqımızın vahid amal ətrafında birləşməsi və milli kimliyin qorunması üçün mühüm ideoloji dayağa çevirdi:
"Ulu Öndər dəfələrlə qeyd edirdi ki, “Azərbaycan xalqı güclü olmaq üçün həmrəy olmalıdır” və bu fikir bu gün də öz aktuallığını qoruyur".
Anar