Siyasət 30-12-2025, 11:41

Azərbaycan yeni diplomatik nümunələr yaradır



"Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni diplomatik nümunələr yaradır".

Planetinfo.az xəbər verir ki, bunu deyən Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Azərbaycan diplomatiyasının fəaliyyəti milli uğurlarımız istiqamətində sərhədləri aşır:

"Bu ilin avqustunda Vaşinqtonda Ermənistanla sülh sazişinin paraflanması, bədnam "907" ci düzəlişin ləğvinə nail olmaq məhz Azərbaycan diplomatiyasının uğurları və yeni diplomatik nümunələrdir".

Millət vəkili qeyd edib ki, Azərbaycan Türk dünyası və Mərkəzi Asiya, hətta Afrika istiqamətində də aktiv diplomatik fəaliyyət ortaya qoyub.

Anar

Xəbər lenti