Siyasət 30-12-2025, 12:32

Milli Məclis "Konstitusiya və Suverenlik İli" çərçivəsində 18 tədbir keçirib



"Bildiyiniz kimi başa vurmaqda olduğumuz il Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasında "Konstitusiya və Suverenlik İli" elan olunmuşdu. Bu il çərçivəsində Milli Məclis də bir sıra tədbirlər keçirib".

Planetinfo.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin plenar iclasında çıxışı zamanı deyib. Spiker bildirib ki, Milli Məclis səviyyəsində "Konstitusiya və Suverenlik İli" ilə bağlı 19 tədbir keçirilib.

Sahibə Qafarova qeyd edib ki, həmin tədbirlər həm yerli, həm də beynəlxalq səviyyəli olub və keçirilən tədbirlərdə bir sıra ölkələrdən nümayəndələr iştirak edib.

Anar

Xəbər lenti