Dekabrın 12-də doğma yurduna yola salınan köç karvanları Ağdərə rayonunun Həsənriz kəndinə çatıb. Bu mərhələdə Həsənriz kəndinə 74 nəfərdən ibarət 16 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.