Sosial 15-12-2025, 12:47

Qulaqlıqdan istifadə yolda təhlükədir!

Qulaqlıqdan istifadə yolda təhlükədir!
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarının diqqətinə çatdırır: Piyadaların yolu keçərkən qulaqlıqdan istifadə etməsi yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırır.

Qulaqlıqdan istifadə zamanı: • Nəqliyyat vasitələrinin səsi vaxtında və aydın eşidilmir. • Yaxınlaşan avtomobilin təhlükəsi düzgün qiymətləndirilmir.
• Reaksiya vermək üçün zəruri vaxt itirilir.

Xüsusilə qeyd edirik ki, piyada keçidlərində belə diqqətsizlik ağır nəticələrə səbəb ola bilər.

Tövsiyə olunur:
• Yolu keçməzdən əvvəl qulaqlıqları çıxarın.
• Ətraf mühitə tam diqqət yetirin.
• Yol hərəkəti qaydalarına ciddi əməl edin.

Yolda təhlükəsizlik – hər kəsin məsuliyyətidir!

Xəbər lenti