Sosial şəbəkələrin müsbət tərəfləri ilə yanaşı, mənfi tərəflərinin də olması, onun cəmiyyətə, insanlara mənfi təsirləri səbəbindən br sıra ölkələrdə sosial şəbəkələrdən istifadəyə müəyyən məhdudiyyətlər tətbiq edilir. Hətta inkişaf etmiş Avropa ölkələri də belə bir addım atmaqdan çəkinmirlər. Bəzi ölkələr sosial şəbəkə hesablarına girişə qadağa tətbiq etdiyi halda, digər qism ölkələr isə ondan istifadə üçün yaş məhdudiyyəti tətbiq edirlər. Bəs Azərbaycanda da belə bir addımın atılması mümkündürmü?
Məsələ ilə bağlı hüquqşünas Əli İbrahimov
Planetinfo.az-a deyib ki, Azərbaycanda uşaqların və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsi ilə bağlı mövcud hüquqi vəziyyət hazırda kifayət qədər çevik və nisbi şəkildə tənzimlənir, lakin yaşa görə konkret qadağa tətbiq olunmur:
“Müasir dövrdə internet və sosial media həyatın ayrılmaz hissəsinə çevrildiyindən, uşaqların bu platformalarda iştirak etməsi həm təhsil, həm sosial ünsiyyət, həm də məlumat əldə etmə baxımından əhəmiyyətli hesab edilir. Bununla belə, internetin uşaqlara mənfi təsirləri, psixoloji və fiziki sağlamlığa zərər verə biləcək kontentlərin mövcudluğu dövlət və cəmiyyət üçün ciddi narahatlıq mənbəyidir. Azərbaycanda bu istiqamətdə əsas hüquqi çərçivəni 2018-ci ildə qəbul edilmiş “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun təşkil edir. Bu qanun uşaqların yaşına uyğun olmayan məlumatlardan, zorakılıq və əxlaqa zidd məzmundan qorunmasını nəzərdə tutur, eyni zamanda media və informasiya məhsullarının yaş kateqoriyalarına görə təsnifatını təmin edir. Lakin sosial şəbəkələrə giriş üçün yaş həddi qoymur və 16 yaş limitinə dair konkret norma mövcud deyil. Digər qanunlar, məsələn “Media haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlar uşaqların informasiya alması və yayımı ilə bağlı müəyyən prinsipləri müəyyən etsə də, sosial şəbəkələrdə iştirakın yaşla məhdudlaşdırılması barədə birbaşa tənzimləmə təqdim etmir”.
Anar