Prezidentin 20 minə yaxın məhkumu əhatə edəcək amnistiya aktı imzalayacağı yeni bir mərhələ kimi qiymətləndirilə bilər. Ölkədə real siyasi ve hüquqi islahatların aparılması və sosial vəziyyətin yaxşılaşdırılması istiqamətində addımlar atılması labüddür.
Planetinfo.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, Avropa İttifaqı yeni güc olaraq beynəlxalq müstəvidə önə çıxır. Azərbaycan AŞPA qayıtmalı və Qərblə bir çox istiqamətlərdə normal münasibətlər siteminə üstünlük vermək lazımdır. Bu gün Avropa İttifaqı Rusiyanın Ukraynada siyasi və hərbi fəaliyyətinə ciddi təzyiqlər edir. Demək olar ki, Rusiyanı Ukraynada öz şərtlərini qəbul etdirməsinə imkan vermir:
"Artıq, Rusiya zəifləyir. Qərbin Cənubi Qafqaza siyasi baxışı dəyişir. Göründüyü kimi, dövlət başçısı reallıqları obyektiv qiymətləndirir. Azərbaycan Qərblə əməkdaşlığı inkişaf etdirməlidir. Ötən həftə siyasi təhlilimdə Qərblə əməkdaşlığın vacibliyini qeyd etmişdim. Qərb Azərbaycandan öz seçimini etməsini istəyir. Təbii ki, Azərbaycan öz milli maraqlarına uyğun siyasət aparır.
Nəzərə almaq lazımdır ki, Azərbaycan Rusiya və İran kimi iki aqressor qonşu ilə sərhəddir. Hər iki qonşu Qərblə konfontrasiyaya malik olmaqla yanaşı, daima Azərbaycanda öz şəbəkələrini qurmağa çalışır. Amnistiya aktının ardınca, müxtəlif sahələrdə fundamental qərarlar verilməsi labüddür".
Nəsimi