Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayelin təşkilatçılığı ilə ilin yekunlarına həsr olunan görüş keçirilib.
Azərbaycan ekspertlərinin iştirakı ilə keçirilən görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin cari vəziyyətinə nəzər salınıb, il ərzində əldə olunan nəticələr ətrafında fikir mübadiləsi aparılıb və bu müstəviyə aid gələcək perspektivlər müzakirə olunub.
Milli Məclisin deputatı Azər Allahverənov deyib ki nəzərdən keçirilən məsələlər ətrafında fikir bildirərkən, mən həm də noyabrın 24-də Bakıda Gülüstan Sarayında türk dünyası tarixində ilk dəfə təşkil olunan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin həmrəylik forumu və noybarın 25-də Naxçıvanda təsis edilən Türk Dövlətləri Təşkilatına Üzv Ölkələri QHT-ləri Platforması barədə ətraflı məlumat verdim. Bildirdim ki, bu Platforma BMT və digər beynəlxalq təsisatlarda Türk dünyası QHT-lərinin birgə, koordinasiyalı fəaliyyətini təmin edəcək, türk xalqlarının bir-birini daha yaxından tanıması və sıx inteqrasiyası üçün vətəndaş cəmiyyəti institutlarının səylərini bir araya gətirəcək.
Nəsimi