Polis Akademiyasında “Qətimkan tədbirləri” mövzusunda dəyirmi masa keçirilib. Digər ali təhsil müəssisələrinin müəllim və tələbələrinin iştirakı ilə keçirilən tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) Əlavə təhsil şöbəsinin böyük mütəxəssisi Yavər Məmmədova və Akademiyanın tələbələri iştirak ediblər.
Dəyirmi masa zamanı Polis Akademiyasının III kurs kursantlarının qətimkan tədbirləri ilə bağlı təqdimatları nümayiş etdirilib və mövzu ətrafında geniş müzakirələr aparılıb.
Tədbirdə iştirak edən hakim və professor-müəllim heyəti kursantları maraqlandıran sualları cavablandıraraq onlarla hüquqi bilik və təcrübələrini bölüşüblər. Sual-cavab sessiyasında Akademiyanın tələbələri də fəal iştirak ediblər.
Sonda Polis Akademiyası rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov dəyirmi masanın əhəmiyyətini vurğulayaraq iştirakçılara təşəkkür edib və onlara uğurlar arzulayıb.
Nəsimi