Sosial 17-12-2025, 12:05

Şəxsin nəsilartırma qabiliyyətindən məhrum edilməsi hansı cəzanı ehtiva edir?




Bir qayda olaraq cəmiyyətdə üzləşdiyimiz problemlərdən biri də kişi və ya qadın sonsuzluğudur. Əksər hallarda bu hal ailədə ciddi söz-söhbətə, bəzən isə boşanmalara səbəb olur. Ancaq ailəni qorumaq üçün son illərin təcrübəsi olan süni mayalanmadan istifadəyə də üstünlük verənlər tapılır. Əksər hallarda bu hər iki tərəfin razılığı ilə baş verəsə də, lakin bəzən qadın süni mayalanmaya razı olmur. Bir sözlə proses qadının razılığı olmadan, zorla həyata keçirilir. Bəs görəsən bu kimi hallara qarşı qanunvericilikdə hansı cəza nəzərdə tutulur?

Planetinfo.az-ın xəbərinə görə, hüquqşünas Vəfa Qədirova deyib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 136-cı maddəsinə əsasən qadına, onun razılığı olmadan və ya yetkinlik yaşına çatmayan qadına süni mayalanma və ya embrionu implantasiya etmə 4 min manatdan 7 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri nəzərdə tutur:

“Həmçinin, 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Vəfa Qədirova qeyd edib ki, şəxsin razılığı olmadan onun üzərində tibbi sterilizasiya, yəni şəxsin nəsilartırma qabiliyyətindən məhrum edilməsi, yaxud qadının hamiləlikdən qorunması məqsədi ilə əməliyyat aparma isə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Anar

Xəbər lenti