Sosial 17-12-2025, 14:18

"İnsan alverinə qarşı mübarizə" mövzusunda maarifləndirici təlim keçilib

"İnsan alverinə qarşı mübarizə" mövzusunda maarifləndirici təlim keçilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə "İnsan alverinə qarşı mübarizə" mövzusunda maarifləndirici təlim keçilib.

Təlim zamanı könüllülərə insan alverinin yaranma səbəbləri, risk faktorları və qurbanlara dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.

Təlim çərçivəsində həssas ailə kateqoriyasından olan şəxslərin müvəqqəti yaşayış yeri ilə təmin edilməsi mövzusunda qrup işi həyata keçirilib. İştirakçılar real nümunələr əsasında fikir mübadiləsi aparıblar.

Xəbər lenti