Mingəçevir Dövlət Universiteti Türkiyənin aparıcı ali təhsil müəssisələrindən olan Orta Doğu Teknik Universiteti ilə strateji və tələbə-müəllim mübadiləsi yönündə razılığa gəlib.
Planetinfo.az xəbər verir ki, bunu universitetin rektoru Anar Eminov deyib. Bildirib ki, Ankara şəhərinə səfər çərçivəsində yerli və beynəlxalq reytinqlərdə yüksək mövqelərə malik, güclü elmi-tədqiqat infrastrukturu və qlobal akademik nüfuzu ilə seçilən ODTÜ ilə Anlaşma Memorandumu imzalanıb.
Əməkdaşlıq çərçivəsində akademik heyətin qarşılıqlı mübadiləsi həyata keçiriləcək. Bakalavriat və magistratura təhsil səviyyələri üzrə tələbə mübadiləsi tətbiq olunacaq.
Cari semestrdə 5 müəllim və 10 tələbə üçün “Data analitika”, “Kibertəhlükəsizlik”, “Süni intellekt”, “Elektrik və elektronika”, “İstilik energetikası” istiqamətləri üzrə sertifikasiya proqramlarının təşkilinə başlanılacaq.
Anar