Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) tələbələr üçün “Layihələrin idarə edilməsində yeniliklər və trendlər” mövzusunda master-klas keçirilib.
Tədbirdə məruzəçi İlham Qafarov, ideyanın layihəyə çevrilməsi və nəticə əldə olunması proseslərini izah edib. Layihələrin idarəedilməsi üzrə geniş təcrübəyə malik təlimçi həmçinin layihələrin qurulması, uğurlu tətbiqi və nəticələrin təhlil olunması barədə ətraflı bəhs edib. O, süni intellektin layihələrin idarə edilməsində istifadə qaydalarını və layihələrdə AGILE idarəetmənin tətbiq yollarından da danışıb.
Sonda tələbələrin sualları ətraflı cavablandırılıb.
Nəsimi