Sosial 18-12-2025, 08:54

Nazir Yeni Robotik Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub

Nazir Yeni Robotik Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Nazir Anar Əliyev Yeni Klinikanın nəzdində fəaliyyət göstərən Yeni Robotik Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub. O, yeni Robotik Reabilitasiya Mərkəzinin ölkədə reabilitasiya xidmətlərinin inkişafı və sosial müdafiə sisteminin gücləndirilməsi baxımından önəmini qeyd edib.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov robotik reabilitasiya texnologiyalarının funksional məhdudiyyətlər zamanı bərpa prosesinin effektivliyini əhəmiyyətli dərəcədə artırdığını diqqətə çatdırıb.

Yeni Robotik Reabilitasiya Mərkəzinin yaradılmasında məqsəd pasiyentlərin hərəkət imkanlarını maksimum səviyyəyə çatdırmaq, habelə əlillik səviyyəsinin azaldılmasına töhfə verməkdir.

Nəsimi

Xəbər lenti