Sosial 20-12-2025, 19:30

Ordubadda avtobus qaz xəttinə çırpılıb, qaz təchizatı dayandırılıb

Ordubadda avtobus qaz xəttinə çırpılıb, qaz təchizatı dayandırılıb
Ordubad rayonunda avtobusun qaz xəttinə çırpılması nəticəsində orta təzyiqli qaz xətti (dairəvi xətt) qırılıb.

Planetinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə M.F.Axundov küçəsində, Kolanı kəndində 157 abonentin qaz təchizatı dayandırılıb.

Nüsnüs kəndində 516, Yuxarı və Aşağı Əndəmic kəndlərində 416, Gənzə və Anabat kəndlərində 335 abonentdə qaz təzyiqində azalma müşahidə olunacaq.

Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.

Xəbər lenti