Sosial 22-12-2025, 08:02

BDU-da Qərbi Azərbaycan İcması ilə birgə konfrans keçiriləcək

BDU-da Qərbi Azərbaycan İcması ilə birgə konfrans keçiriləcək
22 dekabr 2025-ci il tarixində saat 11:00-da Bakı Dövlət Universitetində Qərbi Azərbaycan İcması ilə birgə konfrans keçiriləcək.

Konfransda Prezident cənab İlham Əliyevin AMEA-nın 80 illik yubileyində Qərbi Azərbaycan məsələsi ilə bağlı səsləndirdiyi fikirlərdən irəli gələn vəzifələr müzakirə olunacaq.

Tədbir çərçivəsində həmçinin “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimatı baş tutacaq.

Konfransdan öncə "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyinin ərsəyə gətirdiyi "Qərbi Azərbaycan sənətkarlığı adlı layihə çərçivəsində Sərdarlı ailəsinin hazırladığı dekorativ tətbiqi sənət nümunələrinin sərgisi keçiriləcək. Sərgidə həm də"İrəvanım" kolleksiyasına aid " İrəvan minarələri" və" Urud abidələri" kolleksiyasına aid " Urudun çərxi vəhdəti" əsərləri ilk dəfə sənətsevərlərə nümayiş etdiriləcəkdir.

Nəsimi

Xəbər lenti