Sosial 22-12-2025, 10:48

Xaçmazın 10-dan çox kəndinin işığı kəsiləcək

Xaçmazın 10-dan çox kəndinin işığı kəsiləcək
Bu gün Xaçmaz rayonunun Xudat şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Planetinfo.az xəbər verir ki, bu barədə Modern.az-a "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, Xudat Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Xudat" yarımstansiyasında 10 kV-luq bölmədə təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək 10 kV-luq hava xətləri üzərində yerləşən rayonun bir sıra kənd və qəsəbələrdə (Həsənqala, Ağaşirinoba, Çinartala, Dədəli, Bostançı, Baraxum, Palıdlı, Kənd Xudat, Seyidlər, Mahsuskənd, Yasaqoba, Aşağı Ləgər, Balaqusar), eləcə də Xudat şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Xəbər lenti