"Bakı Metropoliteni" QSC bu ilin fevral ayında Maliyyə Nazirliyindən 244,8 milyon manat faizsiz kredit cəlb edib.
Planetinfo.az-ın "APA-Econimics"ə istinadən məlumatına görə, kredit bu ilin sonunda qaytarılmaq şərti ilə verilib.
Məlumata görə, "Bakı Metropoliteni" həmçinin, hökumətdən 2025-ci ildə aşağı sərnişindaşıma tarifləri səbəbindən yaranmış zərərləri kompensasiya etmək üçün 42,66 milyon manat subsidiya, 2025-ci ildə əsas tikinti və təmir işlərinin maliyyələşdirilməsi, vaqonlar kimi yeni əsas vəsaitlərin alınması və infrastrukturun inkişaf etdirilməsi məqsədilə isə 73,63 milyon manat vəsait alıb.