Dekabrın 22-də doğma yurduna yola salınan köç karvanı Ağdərə rayonunun Həsənriz, Vəngli və Kolatağ kəndlərinə, eləcə də Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə çatıb. Bu mərhələdə köçürülən Ağdərə rayonunun Həsənriz kəndinə 54 nəfərdən ibarət 10 ailəyə, Vəngli kəndinə 14 nəfərdən ibraət 6 ailəyə, Kolatağ kəndinə 31 nəfər 7 ailəyə, Xocalı rayonunun Daşbulaq kəndinə 11 nəfərdən ibarət 4 ailəyə, Badara kəndinə isə 66 nəfərdən ibraət 15 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.