Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) təşkilatçılığı ilə keçirilən “Böyük yolun davamı” adlı konfransın sonunda BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin Qərbi Azərbaycana həsr etdiyi bədii kompozisiya nümayiş olunub.
Yadda qalan əsas məqamlardan biri də Bakı Dövlət Universitetinin təşəbbüsü ilə təşkil edilən Qərbi Azərbaycan irsinə həsr olunmuş sərgi olub. Sərgi iştirakçıların xüsusi diqqətini cəlb edib. Tədbir çərçivəsində “Qərbi Azərbaycan təravəti” brendi təqdim olunub, Qərbi Azərbaycana aid abidələrin foto-illüstrasiyaları, Qərbi Azərbaycana aid kitablar və “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin ərsəyə gətirdiyi “Qərbi Azərbaycan sənətkarlığı” layihəsi çərçivəsində Sərdarlı ailəsinin hazırladığı dekorativ tətbiqi sənət nümunələrinin sərgisi nümayiş etdirilib.
“İrəvanım” kolleksiyasına aid “İrəvan minarələri” və “Urud abidələri” kolleksiyasından “Urudun çərxi vəhdəti” əsərləri ilk dəfə sənətsevərlərə təqdim olunub. Konfransa qatılan qonaqlar sərgiyə böyük maraq göstərib və eksponatları diqqətlə izləyiblər.
Sənətkar İsgəndər Sərdarlı bu cür sərgilərin elmi konfranslarla paralel təşkil olunmasının Qərbi Azərbaycanın maddi-mədəni irsinin qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Nəsimi