Əvvəla onu deyim ki, 2025-ci ili mən vətəndaş cəmiyyətinin “davamlı dayanıqlılıq” və ya “intibah dövrünün növbəti bir ili” kimi qiymətləndirirəm. Əminəm ki, bu sözlərin əsl mənasını bu sahədə “sadəcə olan” deyil, “çalışan və mübarizə aparan”, vətəndaş cəmiyyəti sektorunda uzun illlər fəaliyyət göstərən, bu sahəyə bir hobbi kimi deyil, onun fəlsəfəsini dərindən bilən, ona bir peşə kimi yanaşanlar, bu sahənin çətin dövründə problemlərin həlli uğrunda mübarizə aparan, uğularında payı olan, ölkənin ictimai siyasi həyatında fəal iştirak edən, bütövlükdə QHT institutlarının ayaqda qalmasına, inkişafına töhfə verənlər anlaya bilərlər.
Həqiqətəndə hələ də müəyyən problemlərin qalmasına baxmayaraq 2025-ci il QHT sektorunda kifayət qədər əlamətdar hadislərlər, uğurlarla yadda qalacaq:
Azərbaycan vədəndaş cəmiyyəti institutları beynəlxalq səviyyəli tədbirlərin də fəal iştirakçısına çevrilməklə yanaşı, həm də təşəbbüskarı, təşkilatçısı kimi çıxış etməyə başladı. Artıq Azərbaycanın QHT-ləri beynəlxaql səviyyədə bu və ya digər məsələlərlə bağlı təsir imkanları yaradan strukturların yaradılmasına nail olaraq, söz sahibinə çevrilməyə başlayıb. Əlbəttə əvvəlki dövlrədən fərqli olraq beynəlxaql əlaqələr fərdi, yəni ayrı-ayrı təşkilatların yaratdığı spontan əməkdaşlıq deyil, konkret məqsəd və məram ətrafında kollektiv əməkdaşlıq mahiyyəti daşıyır.
Bu istiqamətdə mənzərəni aydın təsvvür etmək üçün bir neçə faktı qeyd etmək kifayətddir: Belə ki, Azərbaycan QHT-lərinin ölkədaxilində və xaricdə keçirdiyi tədbirlərin sayı əvvəlki illərlə müqayisədə bir neçə dəfə artıb. 2025-ci ilin aprelində Bakıda Qlobal Cənub QHT Platforması təsis olundu. Cənub QHT Platformasının yaradılmasına 116 ölkədən 120 nümayəndə şəxsən, 137 ölkədən isə 1023 nümayəndə imza ilə dəstək verdi. Bakının Qlobal Cənub QHT Platformasının daimi mənzil-qərargahına çevrilməsi, rəhbərliyin Azərbaycan QHT-lərinə həvalə edilməsi kifayət qədər böyük tarixi uğurdur.
2025-ci ildə Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatları ilk dəfə bir yerə toplaşdı. Bakıda – “Gülüstan” sarayında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçirildi. Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak etdi.
Daha sonra 2025-ci il noyabrın 25-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu çərçivəsində Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının təsis konfransı keçirildi. Beləliklə, ilk dəfə olaraq Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından olan vətəndaş cəmiyyəti təmsilçiləri Birgə Bəyannamə qəbul edərək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasını təsis edildi. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının daimi qərargahı Bakı şəhərində yerləşəcək.
Bu kimi faktlar, son vaxtlar Azərbaycan vətəndaş cəmiyyəti institutlarının beynəlxaql səviyyədə böyük inkişaf yolu keçərək, təşəbbüslərinin qlobal məkanda geniş dəstək qazanmasının növbəti təzahürü və Azərbaycan QHT-lərinə etimadın göstəricisi idi.
2025-ci ildə vətəndaş fəallığının forması dəyişməsi prosesi davam etdi, klassik kiçik, local, sahəvi fəallıqdan daha çox rəqəmsal platformalar, yerli təşəbbüslər, şəbəkə əsaslı kampaniyalar ön plana çıxdı.
Azərbaycanda vətəndaş cəmiyyəti üçün daha çox yenidənqurma, təkmilləşdirmə və sahəvi (istiqamətlər və mövzular üzrə) fəaliyyətin gücləndirilməsi ilə yadda qalıb, ictimai təşkilatlar daha çox sosial, iqtisadi və hüquqi sahələrdə dövlətimizin həyata keçirdiyi siyasətə dəstək layihələri və tədbirləri ilə yadda qalıb. Təşkilatlar layihələrində beynəlxalq əməkdaşlıqları, media və texnologiyadan istifadəni ön plana çıxarıb. Ən əsası da odur ki, birmənalı olaraq demək olar ki, cəmiyyətdə məqsədli və süni olaraq formalaşmış, vətəndaş cəmiyyətinin nüfuzuna xələl gətirən “qrantyeyənlər”, “xaricə işləyənlər” və s. xoşagəlməz “epitetlər” artıq QHT-lərin üstündən götürülüb.
2025-ci ildə vətənndaş cəmiyyətinin, media və sosial şəbəkələr vasitəsilə ictimai müzakirələrin genişlənməsi, informasiya əlçatanlığının artmasını müşahidə etmək olar. İctimai iştirakçılıqla bağlı da müəyyən irəliləyişlər olsa da, təəssüf ki, bu sahədə hələ də ciddi problemlər qalmaqdadır. Xüsusilə də ictimai iştirakçılığın bütün formalarından istifadə, İctimai Şuraların təşkili və s. bağlı ciddi islahatların aparılmasına ehtiyac var. Ümumiyyətlə bu proseslərdə QHT-lərin özünün iştirakı və təşəbbüskarlığı ilə bağlı ciddi islahatlara ehtiyacı var.
Ümumiyyətlə əlbəttə ki, yuxarıda qeyd etdiyim kimi, 2025-ci ili ölkədə vətəndaş cəmiyyəti insititları üçün bu sahədə həllini gözləyən problemlərin olmasını qeyd etməklə, kifayət qədər uğurlu hesab etmək olar. Ümid edirəm ki. 2026-ci ildə də əldə olunan uğurlar inkişaf etdiriləcək, təşkilatların sahələr üzrə ixtisaslaşması prosesi davam edəcək, QHT-lər üçün “layihəçilik” daha az, daha çox isə güniş mənada davamlılıq, səmərərlilik, təsir və faydalılıq anlayışı əhəmiyyət daşıyacaq, vətəndaş cəmiyyətinin institusional güclənməsinə xüsusi diqqət veriləcək,
Sözsüz ki, dövlət orqanları, bütövlükdə cəmiyyət və ilk növbədə də QHT-lər üçün “vətəndaş cəmiyyətinin yalnız təşkilatlar deyil — düşüncə, davranış, şüur, dəyər və mövqe olması” diqqət mərkəzində olmalıdır.
Əhməd Abbasbəyli
"Cəmiyyətin İnkişаfı Mərkəzi" İctimаi Birliyinin sədri